Almaniya klubu azarkeşlərə elə bir jest etdi ki...

Almaniya klubu azarkeşlərə elə bir jest etdi ki...

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Fortuna” klubu maraqlı qərar qəbul edib.

Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi gələn mövsüm ev oyunlarında biletlərin pulsuz olacağını bildirib.

Onlar bu qərarla şəhərdə futbola olan marağın artacağını və azarkeşlərin komandaya daha çox dəstək olacağını düşünür.

Düsseldorf təmsilçisi əsas Bundesliqaya yüksəlməyi hədəfləyir. “Fortuna” bu mövsüm keçirdiyi 29 oyunda 47 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər