Alleqrinin taleyinə aydınlıq gəldi - Klubdan açıqlama

Alleqrinin taleyinə aydınlıq gəldi - Klubdan açıqlama

"Yuventus"un baş direktoru Françesko Kalvo baş məşqçi Massimiliano Alleqrinin gələcəyinə aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, klub funksioneri "Football Italia"ya açıqlamasında belə deyib: 

“Mövsüm üçün hədəflərimiz A Seriyasında ikinci yer və Avropa Liqasının finalında çıxış etməkdir. 

Əlbəttə, Alleqri postunu qoruyacaq. Onunla dörd illik müqavilə bağlamışıq və hələ bu müddətin yarısını belə başa vurmayıb”.

“Yuventus” İtaliya çempionatının 32 turunda 60 xal toplayıb. Komanda Skudetto üçün hətta riyazi şanslarını da itirərək, A Seriyasının cədvəlində 3-cü yeri tutur. Turin klubunun AL-in yarımfinalındakı rəqibi "Sevilya"dır (11 və 18 may).

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər