"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Atletiko Madrid"in hücumçusu Luis Suaresi komandasına dəvət edib.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Barselona"ya keçəcəyi deyilən Alvaro Moratanın yerinə səviyyəli forvard axtaran Turin klubunun çalışdırıcısı Suaresdən rədd cavabı alıb.
Mənbə uruqvaylı hücumçunun "Yuventus"a qayıtmaqda maraqlı olmadığını vurğulayıb.