Alleqri Ronaldu ilə Vlahoviçi müqayisə etdi

Alleqri Ronaldu ilə Vlahoviçi müqayisə etdi

Dünən keçirilən oyunda “Yuventus” Duşan Vlahoviçin iki qolu ilə “Empoli”ni 3:2 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, italiyalı jurnalistlər oyunsonrası mətbuat konfransında "Yuventus"un baş məşqçisi Massimiliano Alleqriyə "Kriştianu Ronaldu, yoxsa Duşan Vlahoviç" sualı ünvanlayıblar.

Təcrübəli mütəxəssis qışda Turin klubuna qoşulmasına baxmayaraq, artıq dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalan serbiyalı hücumçununu portuqaliyalı ulduzla belə müqayisə edib:

"Vlahoviç vacib oyunçudu, xarakterli və yüksək keyfiyyətlidir. Onun gəlişi ilə "Yuventus" əvvəllər malik olmadığı xüsusiyyətlərə sahib oldu.

Ronaldu, yoxsa Vlahoviç? Düşünürəm ki, onları müqayisə edə bilməzsən. Yeddi nömrəli formanın keçmiş sahibi dörd dəfə "Qızıl top"u qazanıb, Vlahoviç isə karyerasının başlanğıcındadır. Yaxşı oyun kifayət etmir, çoxlu əqli güc də lazımdır. Duşanın gücü var və o, səyahətinə yenicə başlayıb”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər