Alkantara karyerasını bitirib bu klubda məşqçiliyə başlayır - Danışıqlar başladı

Alkantara karyerasını bitirib bu klubda məşqçiliyə başlayır - Danışıqlar başladı

İspaniyalı yarımmüdafiəçi Tyaqo Alkantara bu mövsüm "Liverpul"u tərk edib "Barselona"ya keçə bilər.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, o, Hans-Diter Flikin "Barselona"dakı məşqçilər korpusuna qoşulmağa yaxındır. 

Mənbənin məlumatına görə, İspaniya nəhəngi alman mütəxəssisə köməkçi axtarır ki, əsas tələb ispan və alman dillərini bilməkdir. Alkantara bu tələbə uyğun gəlir, lakin danışıq aparan tərəflər həlı yekun qərar verməyiblər. 

Xatırladaq ki, Tyaqo əvvəllər "Bayern" və "Barselona"da çıxış edib. Flikin isə tezliklə Kataloniya klubunun sükanı arxasına keçəcəyi gözlənilir.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər