“Ağlıma gəlməzdi ki, finalda oynamaq şansım olacaq” - İbrahima Konate

“Ağlıma gəlməzdi ki, finalda oynamaq şansım olacaq” - İbrahima Konate

"Liverpul"un müdafiəçisi İbrahima Konate Parisdə Çempionlar Liqasının finalında oynacağı üçün xoşbəxt olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına danışıb:

"Doğma şəhərimdə Çempionlar Liqasının finalı... Necə xoşbəxt olduğumu təsvir etməyə söz tapa bilmirəm. Başqa heç nə xəyal edə bilməzdim. Heç ağlıma da gəlməzdi ki, Parisdə finalda oynamaq şansım olacaq".

Xatırladaq ki, həlledici görüşdə "Liverpul" "Real Madrid"lə üz-üzə gələcək. Matç bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər