Alessandro Florençi: "Verilməyən penaltiyə görə üzgünük"

Alessandro Florençi: "Verilməyən penaltiyə görə üzgünük"

"Çempionlar Liqasında VAR-dan istifadə olunsaydı, "Real” və "Liverpul” finala adlayardımı, bilmirəm. Bu sistem şübhələri aradan qaldırır”.

 

Fanat.Az xəbər verir ki, bu sözləri "Roma”nın yarımmüdafiəçisi Alessandro Florençi deyib. Çempionlar Liqasının dünən baş tutan yarımfinal oyunundan sonra açıqlama verən Florençi səfərdə 2:5 hesabıyla yenildikləri "Liverpul”u İtaliyanın paytaxtında məğlub edəndən sonra (4:2) fikirlərini bölüşüb: 

 

"Verilməyən penaltiyə görə çox üzgünük. "Roma” möcüzəni reallaşdırmağa yaxın idi. Düzdü, "Liverpul” bizə iki oyunda 7 top vurdu. Amma birinci matçda Salah ofsayddan fərqlənmişdi. Edin Cekonun epizodunda isə ofsayd söhbət mövzusu ola bilməz. Rəqibin qapısına penalti verilməli idi. Orda aşkar şəkildə əllə oyun var idi."Roma” bütün romalıların xəyalını qurduğu inanılmaz bir şeyi reallaşdıra bildi. İndi bütün İtaliya bizimlə qürur duyur. Bu, bizim üçün yeni başlanğıc olmalıdı”.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər