Aleksey Baqa: "Heç nədən şikayətlənmirəm"

Aleksey Baqa: "Heç nədən şikayətlənmirəm"

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Rəqibi gözəl oyun və qələbə münasibətilə təbrik edirəm. Oyundan zövq aldılar. Karyerasında bu qədər oyunun olacağını heç kim bilmir. 

Avropa ilə müqayisədə Azərbaycanda futbolçular xeyli az oyun keçirirlər. Ona görə də yorğunluqdan şikayət etməyimiz kişilikdən deyil. Yalnız ustalıq səviyyəsi lazımdır. Bu gün qapımıza vurulan qollar elə idi ki, qapıdan heç traktorla da çıxarmaq mümkün deyildi. Basketbolda 3 xallıq atışlar olur. Biz heç bir bəhanə tapa bilmərik. Səhvlər üzərində işləməliyik.

Bura yanvarın 5-də gəlmişəm. Heç nədən şikayətlənmirəm. Bu, bizim peşəmizdir. Peşmançılığım da yoxdur. Komanda ilə çətin anlar yaşayırıq. İş prosesi zamanı yeni fikirlər ortaya çıxır. Düzgün yerə gəlmədiyimi desəm, bu, futbolçularımız üçün də yaxşı olmazdı".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər