Moskva "Spartak"ının Azərbaycan əsilli futbolçusu Aleksand Səmədov komanda yoldaşlarından və azarkeşlərdən üzr istəyib. Fanat.Az xəbər verir ki, buna səbəb onun "Lokomotiv"lə oyunda qırmızı vərəqə alması olub.
"Lokomotiv"lə oyunun 27 və 45+1-ci dəqiqələrində sarı vərəqə alan Səmədov meydandan qovulub. O, meydandan qovulana qədər komandası hesabda öndə olub (2:0). Amma ikinci yarıda 4 qol buraxaraq 3:4 hesabı ilə yenilib.
Səmədov ikinci sarı vərəqəni simulyasiyaya görə alıb. O, oyundan sonra səhvini etiraf edərək üzr istəyib:
"Azarkeşlərimizdən, məşqçilər korpusundan, komanda yoldaşlarımdan üzr istəyirəm. Mənə görə komanda məğlub oldu. Mən qırmızı vərəqəni haqq etmişdim. Bir daha hər kəsdən üzr istəyirəm".
Fanat.Az