Aleksandr Rıbka: "Evdə, ailəmin yanında olmaq istəyirəm"

Aleksandr Rıbka: "Evdə, ailəmin yanında olmaq istəyirəm"
"UEFA-nın qərarını gözləmək üçün 4-5 günlük istirahətə buraxılmışıq. Bundan sonra bir qərar veriləcək. Hazırda vəziyyət aydın deyil, gözləmə rejimindəyik. Məşqlərimiz dayanıb, hamımız evdəyik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin mətbuatına açıqlamasında deyib.
Qolkiper Azərbaycanda koronavirusla bağlı vəziyyətin Urayndakı kimi olduğunu bildirib: "Bizə evdən çox çıxmamağı məsləhət görüblər. Vəziyyət demək olar ki, Ukrayna ilə eynidir. Bağlanacağı deyilsə də, hava limanları işləyir. Mağazalar, yanacaq doldurma məntəqələri və apteklər həmişəki rejimdə işləyir, ancaq kafe və restoranlar bağlanır.
Evdə oturmalısan, divana bağlı qalırsan. Düzdü, hamıda eyni vəziyyətdi. Tez bitəcəyinə ümid edək. İndi ailəmin yanında, evdə olmaq istəyirəm. Ancaq bunu necə edəcəyimi bilmirəm”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər