Aleks Ferqüson Erik ten Haqın MY-dəki işindən razıdırmı?

Aleks Ferqüson Erik ten Haqın MY-dəki işindən razıdırmı?

"Mançester Yunayted"in əfsanəvi çalışdırıcısı Aleks Ferqüson komandanın indiki baş məşqçisi Erik ten Haqın işini dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Manchester Evening News" onun dediklərini belə çatdırıb:

"Erik ten Haq əla işlədi. O, heyəti dəyişdi və özünə lazım olan futbolçuları gətirdi. Bu, çox vacib məqamdır. Ten Haq qısa müddətdə yeni mərkəz hücumçusu hazırlasa, komanda daha yaxşı vəziyyətə gələcək. Son illərdə "Mançester Yunayted"də məhz güclü mərkəz hücumçusu çatmır. Qalan hər şey əladır. Müdafiədə Varanla Martines, yarımmüdafiədə Kazemiro ilə Eriksen kimi oyunçular var. Komandada həmişə yaxşı qapıçı və yüksək səviyyəli mərkəz hücumçusu olmalıdır. Qapıçı artıq heyətdədir. Ümid edirəm ki, mərkəz hücumçusu da qısa müddətdə forma yığaraq adından söz etdirəcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər