AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

Bu gün UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, dörd görüşün yalnız birində qalib 90 dəqiqə ərzində müəyyənləşməyib.

"Atalanta" evdə "Liverpul"a uduzsa da, səfərdəki darmadağının hesabına mərhələ adlayıb. 

"Olimpik Marsel" "Benfika"nı penalti seriyasında dəqiq zərbələrdə məğlub edərək,  yarımfinala adlayıb. "Roma" "Milan"ı ikinci oyunda da minimal hesabla üstələyib. "Vest Hem" - "Bayer Leverkuzen" görüşü gərgin mübarizəyə səhnə olub. Yenə son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olan almanlar yenilgisiz seriyasını uzadıb.

UEFA Avropa Liqası  1/4 final, cavab oyunları

18 aprel

"Atalanta" - "Liverpul" 0:1

Qol: Salah, 7. İlk oyun - 3:0

"Olimpik Marsel" - "Benfika" 1:0 (penaltilərlə - 4:2)

Qollar: Mumbanya, 79. İlk oyun - 1:2

"Roma" - "Milan" 2:1

Qollar: Mançini, 12. Dibala, 22 - Qabbiya, 85. İlk oyun - 1:0

"Vest Hem" - "Bayer Leverkuzen" 1:1

Qollar: Antonio, 13 - Frimponq, 89. İlk oyun - 0:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər