AL: Pley-off mərhələsinə start verildi

AL: Pley-off mərhələsinə start verildi

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsi start götürüb. 

Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyunlarınının hamısı eyni gündə keçirilib.

Türkiyə təmsilçisi “Beşiktaş” İsveçrədə “Luqano” ilə qarşılaşıb. 6 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib. 

"Qarabağ"ın 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Ludoqorets" isə Bolqarıstanda Moldova "Petrokub"unu sınağa çəkib. Sözügedən komanda moldovalııarı 4 cavabsız qolla üstələyib. 

Qrupa vəsiqə qazanacaq komandaların kimliyinə isə avqustun 29-da aydınlıq gələcək. 

UEFA Avropa Liqası Pley-off mərhələsi, ilk oyunları 22 avqust

LASK (Avstriya) – Styaua (Rumıniya) 1:1

Qollar: Taui, 34 - Mikulesku, 45+2.

Molde (Norveç) – Elfsborq (İsveç) 0:1

Qol: Qasem, 15.

Viktoriya (Plzen, Çexiya) – Harts (Şotlandiya) 0:1

Qol: Oyeqoke, 90+6.

RFS (Latviya) – APOEL (Kipr) 2:1

Qollar: Kouadio, 31. İkauniek, 45+1 - El-Arabi, 52.

PAOK (Yunanıstan) – Şemrok Rovers (İrlandiya) 4:0

Qollar: Klipi, 45+5. Tayson, 48. Konstantelias, 67. Baba, 90+5.

Ludoqorets (Bolqarıstan) – Petrokub (Moldova) 4:0

Qollar: Dua, 23.  Ruan, 59. Almeyda, 90+1; 90+4.

Makkabi (Təl-Əviv, İsrail) – Baçka Topola (Serbiya) 3:0

Qollar: Turqeman, 27. Pereç, 63. Madonna, 83.

Luqano (İsveçrə) – Beşiktaş (Türkiyə) 3:3

Qollar: Biskimi, 34. Şteffen, 57. Paulista, 64-öz qapısına - Fernandeş, 21; 52. Əl-Musrati, 55. 

Dinamo (Minsk, Belarus) – Anderlext (Belçika) 0:1

Qol: Auqustinsson, 9.

Yagellonya (Polşa) – Ayaks (Niderland) 1:4

Qollar: Dieqes, 5 - Akpom, 5; 61; 69. Qodts, 28.

Ferentsvaroş (Macarıstan) – Borats (Bosniya və Herseqovina) 0:0

Braqa (Portuqaliya) – Rapid (Vyana, Avstriya) 2:1

Qollar: Karvalyo, 33. Zalazar, 71 -  Burqştaller, 25.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər