AL: Mahirli "Legiya" qrupda qaldı - YENİLƏNİB

AL: Mahirli "Legiya" qrupda qaldı - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, bununla da 1/8 final və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Polşa "Legiya"sı C qrupundakı son sınağında Rusiyanın "Spartak" (Moskva) klubunu qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Rəqib meydanında 3 xala sevinən "Spartak" pley-offa yüksəlibsə, Varşava təmsilçisi qrup sonuncu qismində mübarizəni dayandırıb.

Bu mövsüm ikisi Avropa Liqasının qrup mərhələsində olmaqla avrokuboklarda 7 qol vuran Emreli start "11-lik"də yer alıb. Azərbaycanlı hücumçu 72-ci dəqiqədə əvəzlənib.

Digər görüşdə İngiltərə "Lester"i İtaliyada "Napoli"nin qonağı olub. Qələbə qazanan neapollular qrup ikincisi qismində növbəti mərhələyə adlayıb. Premyer Liqa komandası isə Konfrans Liqasındakı rəqibini gözləyəcək.

UEFA Avropa Liqası Qrup mərhələsi

9 dekabr

VI tur

C qrupu

"Legiya" (Polşa) - "Spartak" (Moskva, Rusiya) 0:1

Qol: Bakayev, 17.

 

"Napoli" (İtaliya) - "Lester" (İngiltərə) 3:2

Qol: Unas, 4. Elmas, 24 ; 53 - Evans, 27. Dyüsberi-Holl, 33.

 

S   Komanda O Q H M V B F X
1   Spartak 6 3 1 2 10 9 +1 10
2   Napoli 6 3 1 2 15 10 +5 10
3   Lester 6 2 2 2 12 11 +1 8
4   Legiya 6 2 0 4 4 11 -7 6

 

   1/8 final         Pley-off         Konfrans Liqa/pley-off
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər