AL: Alman klubları həm evdə, həm də səfərdə qalib gəldi

AL: Alman klubları həm evdə, həm də səfərdə qalib gəldi

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, hər iki matç eyni gündə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Almaniya "Layptsiq"i evdə Şotlandiya "Reyncers"inə 1:0 hesbaı ilə qalib gəlib. Almaniyanın digər təmsilçisi  "Ayntraxt" isə İngiltərədə yerli "Vest Hem"i 2:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.

UEFA Avropa Liqası, yarımfinal İlk oyunlar

28 aprel

"Layptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) 1:0 Qol: Ancelinyo, 85. Baş hakim: Benua Bastyen (Fransa) Leyptsiq, "Red Bull Arena"

"Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) 1:2 Qollar: Maykl Antonio, 21. - Ansqar Knauff, 1. Daişi Kamada, 54 Baş hakim: Sərdar Gözüböyük (Niderland) London, "Vest Hem" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər