Ağırlıqqaldıranlarımız Qran-Priyə qatılacaq

Ağırlıqqaldıranlarımız Qran-Priyə qatılacaq

Azərbaycan ağırlıqqaldıranları iyunun 8-də Kubanın paytaxtı Havanada start götürəcək Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Qran-prisində iştirak edəcəklər.

Azərbaycan Ağır Atletika Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 11 gün davam edəcək turnirdə Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaq.

2024-cü ildə Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 72 ölkədən 409 idmançının qatılacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər