Ağır Atletika Federasiyasında yeni təyinat

Ağır Atletika Federasiyasında yeni təyinat

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin növbəti iclası keçirilib.

AAAF-ın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, məqsəd qurumun Texniki Komitəsinin əsasnaməsinin təsdiqi, komitənin üzvləri və sədrinin təyin edilməsi olub.

İclas zamanı müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib. İdarə Heyətinin yekdil qərarı ilə əsasnamə təsdiq olunub.

Daha sonra Kənan Mustafayevin Texniki Komitənin sədri, Məmməd Məmmədov, Səbinə Rzayeva, Oruc Məmmədli və Xannar Nəbiyevin isə üzv seçilməsi qərarı qəbul olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər