"Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonun agenti Jorje Mendeş "The Telegraph”a açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin agenti müştərisinin MY-dən ayrılmağa hazırlaşmadığını bildirib:
"Don Jozenin postunadan gedəcəyi ilə bağlı yayılan informasiyaların həqiqətlə əlaqəsi yoxdur. Mourinyo işlədiyi klubda xoşbəxtdir. Rəhbərlik də onun işindən narazı deyil. Müştərimin Mançester təmsilçisi ilə uzunmüddətli müqaviləsi var. Tez-tez əlaqə saxladığımız üçün bilirəm ki, hazırda bütün diqqətini daha güclü komanda yaratmağa yönəldib”.
Xatırladaq ki, 15 tura 23 xal yığan MY İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədədi.
Fanat.Az