Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu Dağıstan klubuna keçdi

Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu Dağıstan klubuna keçdi

Ötən il keçirilən Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu seçilən 24 yaşlı  Ussem Mreziqu karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, Əlcəzair millisinin üzvü Mahaçqala "Dinamo"suna transfer olunub.

Dağıstan klubunun mətbuat xidməti karyerasının böyük hissəsini keçirdiyi Əlcəzair təmsilçisindən - "Beluizdad"dan transfer edilən dayaq yarımmüdafiəçisinin uzunmüddətli müqaviləyə imza atdığını açıqlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər