Afrika Millətlər Kubokuna sayılı günlər qaldı

Afrika Millətlər Kubokuna sayılı günlər qaldı

"Afrika Millətlər Kuboku-2021" 2022-ci ilin yanvar-fevral aylarında Kamerunda keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu, sayca 33-cü turnirdir.

İlk mərhələdə püşkatma yolu ilə 24 komanda hər biri 4 komanda olmaqla 6 qrupa bölünüb.

Afrika Millətlər Kubokuna sayılı günlər qaldı

Qruplarda birinci və ikinci yerləri tutan komandalar, həmçinin üçüncü yeri tutmuş dörd ən yaxşı komanda (üçüncü yeri tərk edən komandalar qrupda topladığı xalların sayına görə müəyyən edilir) pley-off mərhələsinə çıxır.

1/8 finaldan etibarən qarşılaşmalar uduzub çıxan sistemi üzrə keçiriləcək. Əgər bərabərlik olarsa, komandalar hər biri 15 dəqiqəlik əlavə iki hissə oynayacaqlar. Əlavə vaxtda qalib müəyyən edilməzsə, növbəti mərhələyə adlayan komanda penaltilər seriyasında müəyyənləşəcək.

Turnir yanvar ayının 9-da start götürəcək. 

İlk oyun günündə Kamerun millisi Burkina-Faso seçməsi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Həmin gün 23:00-da isə Efiopiya yığması Kape Verde millisi ilə qarşılaşacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər