Afrika Millətlər Kuboku: İkinci finalçı da müəyyənləşdi

Afrika Millətlər Kuboku: İkinci finalçı da müəyyənləşdi

Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ikinci finalçının adına Kamerun - Misir oyununda aydınlıq gəlib.   Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrini daha dəqiq yerinə yetirən Misir millisi finala vəsiqə qazanıb.   Daha öncə Seneqal seçməsi Burkina Faso yığmasına qalib gələrək finala yüksəlmişdi. Beləliklə, Afrika Millətlər Kubokunun finalında Seneqal və Misir yığmaları qarşılaşacaq. Həlledici oyun fevralın 6-da keçiriləcək. Bundan bir gün öncə isə Burkina Faso və Kamerun yığmaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.   Afrika Millətlər Kuboku Yarımfinal

3 fevral   Kamerun – Misir 0:0 (penaltilər  seriyası: 1:3)

2 fevral   Burkina Faso – Seneqal 1:3 Qollar: Ture, 82 – Diallo, 70. Geye, 76. Mane, 87.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər