Afrika Millətlər Kuboku: Fil Dişi Sahili və Mali pley-offda

Afrika Millətlər Kuboku: Fil Dişi Sahili və Mali pley-offda

Afrika Millətlər Kubokunda qrup mərhələsindəki mübarizə başa çatıb. 

Fanat.Az xəbər verir ki, bu gün daha iki qrupun son görüşləri reallaşıb.

E qrupunda Fil Dişi Sahili yığması turnirin son qalibi Əlcəzairi yenib, Ekvatorial Qvineya da Syerra Leoneni üstələyib. Beləliklə, Fil Dişi Sahili ilə Ekvatorial Qvineya milliləri pley-offa vəsiqə qazanıb.   F qrupunda Qambiya Tunisi uzatma dəqiqələrində vurduğu qolla məğlubiyyətə uğradıb. Mali isə Mavritaniya üzərində inamlı qələbə qazanıb. Mali lider, Qambiya qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.

Daha öncə Kamerun, Burkina Faso, Seneqal, Qvineya, Mərakeş, Qabon, Nigeriya və Misir yığmaları da pley-offa vəsiqə qazanmışdı. Bu komandalarla yanaşı, daha yaxşı göstəricilərə malik dörd qrup üçüncüsü də növbəti mərhələyə yüksəlib. Bunlar Malavi, Kabo-Verde, Tunis və Komor adaları seçmələridir.   Afrika Millətlər Kuboku 20 yanvar E qrupu   Fil Dişi Sahili – Əlcəzair 3:1 Qollar: Kessye, 22. Sanqare, 39. Pepe, 54 – Bendebka, 73.   Syerra Leone – Ekvatorial Qvineya 0:1 Qol: Qanet, 38.   Xal durumu: Fil Dişi Sahili – 7, Ekvatorial Qvineya – 6, Syerra Leone – 2, Əlcəzair – 1.   F qrupu   Qambiya – Tunis 1:0 Qol: Yallou, 90+3.   Mali – Mavritaniya 2:0 Qollar: Haydara, 2. Kone, 49-pen.   Xal durumu: Mali – 7, Qambiya – 7, Tunis – 3, Mavritaniya – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər