Afrika ölkəsi Tokio 2020-yə qatılmayacaq

Afrika ölkəsi Tokio 2020-yə qatılmayacaq

 

Qvineyanın Olimpiya komandası Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.
Fanat.Az xəbər verir ki, buna səbəb COVID-19 infeksiyasına yoluxanların sayının artması olub.
Qvineyanın idman naziri Sanussi Sou deyib: "Bu addımı dövlət rəsmiləri ilə müzakirələrdən sonra atdıq. Qvineyalı idmançıların sağlamlığı bizim üçün çox önəmlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, Qvineya Olimpiya komandası "Tokio-2020"də iştirak etməyəcək.
Qeyd edək ki, Tokio-2020 iyulun 23-dən avqustun 8-dək davam edəcək. Yarışda Azərbaycanı 44 idmançı təmsil edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər