AÇ: Fransa və Niderlanda qarşı heyətimiz açıqlandı

AÇ: Fransa və Niderlanda qarşı heyətimiz açıqlandı

Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatında iştirak edən Azərbaycan yığmalarının son turun görüşləri üçün heyətləri məlum olub.

Fanat.Az xəbər verir ki, IX turda kişilərdən ibarət Azərbaycan yığması Fransa ilə üz-üzə gələcək. 

Hazırda hər iki komandanın hesabında 12 xal var. Əlavə göstəricilərə əsasən, Fransa 2-ci, millimiz 3-cü yerdədir.

Komandamız 4-cü dəfə Avropa çempionatının baş mükafatını qazanmaq üçün mütləq qalib gəlməli və paralel keçiriləcək Ermənistan - Ukrayna görüşündə birincilərin xal itirməsini gözləməlidir.

Qadın kollektivimiz isə Niderlandla qarşılaşacaq.

Hər iki komanda 10 xala malikdir. Millimiz 4-cü, rəqib 7-ci sıradadır. Birinci və ikinci yeri tutmaq şanslarını itirən zəkalarımız bürünc medal əldə etmək üçün qələbə qazanmalı və Polşanın artıq çempionluğu təmin edən Rusiya ilə görüşdə xal itirməsini gözləməlidir.

Qeyd edək ki, turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Avropa çempionatı, IX tur

Fransa - Azərbaycan

Alireza Firuzca - Şəhriyar Məmmədyarov

Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov

Maksim Laqard - Rauf Məmmədov

Jil Mussar - Nicat Abbasov

Məmmədyarov və Məmmədov qara, Rəcəbov və Abbasov ağ fiqurlarla oynayacaq.

Qadınlar

Azərbaycan - Niderland

Günay Məmmədzadə - Penq Jaoqin

Gülnar Məmmədova - Elin Röybers

Ülviyyə Fətəliyeva - Meçteld Van Forest

Gövhər Beydullayeva - Tea Lançava

Məmmədzadə və Fətəliyeva ağ, Məmmədova və Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər