AFFA "Sabah"ın futbolçusunu cəzalandırdı

AFFA "Sabah"ın futbolçusunu cəzalandırdı

Bu gün AFFA-nin İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının XVII turunun “Kəpəz” – “Sabah”   oyununda “Sabah” komandasının 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunsun, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılsın, klub 3200 manat cərimə edilsin (maddə 37.3)

“Sabah” komandasının qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 800 manat cərimə edilsin (maddə 47.3)

 “Turan Tovuz”  – “Neftçi” oyununda “Neftçi” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39.).

 I Divizionun XV turunun “İmişli” – “Turan Tovuz” oyununda “İmişli” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).

“İmişli” – “Turan Tovuz” oyununda meydana kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilsin. (maddə 49.2)

“Şamaxı” – “Zirə” oyununda “Zirə” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).

 “Səbail” PFK – “Mingəçevir”   oyununda “Mingəçevir” komandasının 57 nömrəli oyunçusu Sahil Həsənov oyunun 90+2-ci dəqiqəsində  bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın, klub 20 manat cərimə edilsin ( maddə 47.2.).

“Zaqatala” – “Araz-Naxçıvan”   oyununda “Araz-Naxçıvan” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər