AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.

2023/2024 mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” FK II Liqada çıxış edəcək.

Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunub.

FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaiti AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinə yönləndiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər