AFFA-dan hakimi söyən futbolçuya ağır cəza

AFFA-dan hakimi söyən futbolçuya ağır cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, I Divizionun VIII turunda baş verən qayda pozuntularına həsr olunan toplantıda ən ağır cəzaya MOİK məruz qalıb.

“Qaradağ Lökbatan” – MOİK oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. MOİK də eyni səbəbdən eyni aqibəti yaşayıb. Bundan başqa, oyun bitdikdən sonra MOİK-in futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Komitə intizamsız futbolçunu 4 oyunluq cəzalandırıb, klubu 320 manat cərimələyib. 

VIII turun “Sumqayıt-2” – “Səbail-2” oyununda Bayıl təmsilçisinin futbolçusu Elşad Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimə olunub. 

VIII turun “Neftçi-2” – “Keşlə-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb ki, bu da 80 manat cərimə deməkdir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər