Adını ən çox dəyişən klub: 4.2 ildən bir yenilənirlər

Adını ən çox dəyişən klub: 4.2 ildən bir yenilənirlər

Azərbaycan klublarının ad dəyişikliyindən tez-tez istifadə etməsinin şahidi oluruq. Peşəkarlığın "p" hərfindən belə uzaq olan futbolumuzda bu artıq adi hal alıb.

Gətirdikləri legionerlərə borclanan, sonra da bu pulları ödəmək gücündə olmayan klublar yeni adla qeydiyyatdan keçib, bu yolla borclardan qurtulurlar.

Bu gün Azərbaycan futbolsevərləri növbəti ad dəyişikliyinin şahidi oldu. Belə bir neçə gün əvvəl fəaliyyətini dayandırdığını elan edən AZAL bu gün ikinci bəyanatını yaydı. Məlum oldu ki, klub dağılmayacaq, I divizionda çıxış edəcək, özü də "Şüvəlan" adı ilə...

AZAL Azərbaycan futbol tarixinin ən çox ad dəyişən klublarından biri, bəlkədə birincisidi. 1996-cı ildə yaradılan klub cəmi 21 ildə 5 dəfə adını dəyişib. Yəni orta hesabla hər 4,2 ildən bir klub adını dəyişir. 

1996-cı ildə AMMK (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) adı ilə fəaliyyətə başlayan klub 2005-ci ildə "Olimpik"ə çevrilib. 4 il sonra adın qarşısına Şüvəlan qəsəbəsinin adı artırılaraq "Olimpik-Şüvəlan" olan klub 2010-cu ildən baş sponsoru olan "Azərbaycan Hava Yolları"nın şərəfinə AZAL adlandırılırdı. Bu gün "Şüvəlan"a çevrilən klubun növbəti ad dəyişikliyini maraqla gözləyirik...

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər