"Adidas" "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özillə sponsorluq müqaviləsini uzatmağı planlaşdırmır.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Adidas" Mesut Özilin siyasi baxışı səbəbindən onunla əməkdaşlığı dayandırmaq niyyətindədi. Digər bir səbəb kimi isə şirkətin koronavirus pandemiyası ilə əlaqədar xərclərini optimallaşdırmasıdı.
31 yaşlı futbolçu daha öncə Türkiyə prezidenti Recep Tayyip Erdoğanla fotosunu paylaşdığına və Çinin uyğur türklərinə qarşı siyasətini pislədiyinə görə tənqidlərə məruz qalmışdı.
Özil 2013-cü ildən "Adidas"la işbirliyi edir.
Fanat.Az