Ağdamlılar 373-də dayandı- STATİSTİKA

Ağdamlılar 373-də dayandı- STATİSTİKA

“Qarabağ” cari avrokubok mövsümündə ilk qolunu buraxıb. Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununun 90+4-cü dəqiqəsində "Şerif"in futbolçusu Ziqi Badibanqanın penaltidən vurduğu təsəlli qolu təmsilçimizin quru seriyasını 374-cü dəqiqədə qırıb.

 

ÇL-in II təsnifat mərhələsində “Samtredia”nı evdə 5:0, səfərdə 1:0 hesabıyla üstələyən ağdamlılar “Şerif”lə Bakıdakı oyunda da (0:0) topu tordan çıxarmamışdı. 

 

Bu qoladək çempionumuz ötən il dekabrın 8-də “Fiorentina”ya 1:2 hesabı ilə yenildiyi oyunda qapısında 2 top görmüşdü. İtaliya komandasıyla Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan duelin 76-cı dəqiqəsində buraxılan qol sonuncuydu.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər