Futzal üzrə Yüksək Liqada I turun oyunlarına təyinatlar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mövsümün açılış oyunu FİFA referisi Hikmət Qafarlıya tapşırılıb.
Günün üçüncü oyunu - "Alyans" - "Baku Fire" matçı əvvəlcə Ziya Nəsirov, Xəlil Xəlilov və Rza Məmmədov "üçlüy"ünə tapşırılsa da, son anda təyinatda dəyişiklik edilib. Belə ki, saat 16:00-da start götürəcək matçda Xəlil Xəlilovu Etibar Həsənov əvəzləyəcək.
Beləliklə, I turun təyinatları belədir:
1 oktyabr, Bakı İdman Sarayı Saat 12:00 Neftçi İK – EKOL Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov Hakim-inspektor: Murad Məmmədov
1 oktyabr, Bakı İdman Sarayı Saat 14:00 Record club.az – Araz-Naxçıvan Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hikmət Qafarlı Hakim-inspektor: Füzuli Nəcəfov
1 oktyabr, Bakı İdman Sarayı Saat 16:00 Alyans – Baku Fire Hakimlər: Ziya Nəsirov, Etibar Həsənov, Rza Məmmədov Hakim-inspektor: Ramiz Əsədov
1 oktyabr, Bakı İdman Sarayı Saat 18:00 U-19 – Xilə Hakimlər: Etibar Həsənov, Rza Məmmədov, Ziya Nəsirov Hakim-inspektor: Elçin Səmədli Qeyd edək ki, pandemiya ilə əlaqədar oyunlar azarkeşlər üçün qapalı olacaq. "CBC Sport" ilk turun "Record club.az – Araz-Naxçıvan" oyununu canlı yayımlayacaq.
Mirağa