ABŞ millisinin kapitanı:"Trampa görə utanıram"

ABŞ millisinin kapitanı:"Trampa görə utanıram"

“Toronto”nun yarımmüdafiəçisi, ABŞ millisinin kapitanı Maykl Bredli ölkə prezidenti Donald Trampın siyasətiylə bağlı narazılığını gizlətməyib. Fanat.Az xəbər verir ki, futbolçu dünən “Insagram”dakı hesabında ürək sözlərini yazıb:

“Bir neçə saat öncə Qrant Uola (“Sports Illustrated”in əməkdaşı) müsahibə verdim. Üstündən 15 dəqiqə keçəndən sonra Uol məndən müsəlmanların ABŞ-a gəlməsinə Trampın qoyduğu qadağaya necə münasibət bəslədiyimi soruşdu. Cavab verdim ki, qadağanın səbəbini başa düşməsəm də, ölkəmizin dəyərlərini qurban vermək olmaz. Bu qərarın nə dərəcədə utandırıcı və üzücü olduğunu vurğulamadım. Tramp seçkilərdə qalib gələndə onun hələ namizəd olduğu dönəmdəkindən fərqli prezident olacağına ümid edirdim. Radikal, millətçi təfəkkürünün dəyişəcəyinə inanırdım. Yanılmışam. Müsəlmanlara qoyulan qadağa sübut edir ki, adam ölkəsinin ana siyasətinə və inkişafına qarşı biganədi”.

Qeyd edək ki, Tramp 7 ölkənin müsəlman vətəndaşlarının ABŞ-a girməsini yasaqlayan sənədə imza atıb. Bunlar İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəməndi.

Fanat.Az   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər