ABŞ-ın yeni çalışdırıcısı müəyyənləşdi

ABŞ-ın yeni çalışdırıcısı müəyyənləşdi

ABŞ yığmasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Fanat.Az xəbər verir ki, sözügedən milliyə Qreqq Berhalter rəhbərlik edəcək. Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Tərəflər arasında 4 illik müqailə imzalanacaq.

Xəbərdə yeni baş məşqçinin dekabrın 4-də, Nyu-Yorkda ictimaiyyətə təqdim olunacağı, 2019-cu ilin yanvarında işə başlayacağı bildirilib.

45 yaşlı mütəxəssisin əsas vəzifəsi ABŞ millisini 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə çıxarmaqdır.

Berhalter son olaraq ABŞ-ın "Kolumbus Kryu” klubunu çalışdırırdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər