"Abramoviç uşaq kimi sevinirdi" - Klaudio Ranyeri

"Abramoviç uşaq kimi sevinirdi" - Klaudio Ranyeri

"Uotford"un sabiq çalışdırıcısı Klaudio Ranyeri "Çelsi"nin keçmiş sahibi Roman Abramoviçlə bağlı xatirələrini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" 70 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: 

"Çelsi"ni alandan sonra Abramoviç uşaq kimi sevinirdi. Roman gənc və həvəsli idi. O, meydançada oynayan uşağı xatırladırdı. Hər şeylə məşğul olurdu və tez-tez matçlarda iştirak edirdi. Abramoviç "Çelsi"ni almasaydı, "göylər"in tarixi başqa cür olardı”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviçə Böyük Britaniya ərazisində işləmək və yaşamaq qadağası qoyulub. Bu səbəbdən "Çelsi"nin səhmləri funksionerdən alınıb və müvəqqəti olaraq klubun xeyriyyə fonduna verilib. 

Hazırda "Çelsi"nin Səudiyyə Ərəbistanının "Saudi Medi" şirkətinə 3,5 milyad dollara satılacağı xəbəri gündəmdədir. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər