Bu gün Niderlandın Zeist şəhərində gələn il yanvarın 19-dan fevralın 6-dək bu ölkədə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək qitə birinciliyinin həlledici mərhələsində millimiz D qrupunda yer alıb. Yığmamız Gürcüstan, Bosniya və Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Qroningen şəhərdə keçiriləcək. A qrupu Niderland Belarus//Serbiya Ukrayna Portuqaliya B qrupu Qazaxıstan İtaliya Sloveniya Finlandiya C qrupu Rusiya Polşa Slovakiya Xorvatiya D qrupu Gürcüstan İspaniya Azərbaycan Bosniya və Herseqovina
Qeyd edək ki, indiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklər.