AÇ: Aydın Süleymanlı və Rauf Məmmədov rus şahmatçılara qarşı

AÇ: Aydın Süleymanlı və Rauf Məmmədov rus şahmatçılara qarşı

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışda bu gün dördüncü turun qarşılaşmaları keçiriləcək. 

Azərbaycan şahmatçılarından Nicat Məmmədov Liviu-Diter Nisipyanu (Almaniya), Rauf Məmmədov Yevgeni Romanov, Aydın Süleymanlı Aleksandra Maltsevskaya (hər ikisi Rusiya), Nicat Abbasov Juraj Druska (Slovakiya), Riad Səmədov Georgios Papidakis (Yunanıstan) ilə üz-üzə gələcək.

Görüşlər Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Üç turdan sonra Rauf Məmmədov və Nicat Məmmədov hesabına 2,5 xal yazıb. Nicat Abbasovla Vasif Durarbəyli 2, Aydın Süleymanlı 1,5, Riad Səmədov 1 xal toplayıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq. Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər