Nüfuzlu "Goal" portalı bu ilin yayında Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının favoritlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, komandaların gücünə görə müəyyənləşdirilən siyahıda Fransa seçməsi birinci pillədə qərarlaşıb. İlk "3-lük"dəki digər yerlərdə Portuqaliya və Belçika yığmaları mövqe tutublar.
Tarixində ilk dəfə qitə birinciliyində mübarizə aparacaq Gürcüstan isə sonuncudur.
Siyahı belədir: 1. Fransa 2. Portuqaliya 3. Belçika 4. İngiltərə 5. Almaniya 6. İspaniya 7. İtaliya 8. Macarıstan 9. Avstriya 10. Niderland 11. Xorvatiya 12. Danimarka 13. Türkiyə 14. Ukrayna 15. Slovakiya 16. İsveçrə 17. Çexiya 18. Sloveniya 19. Rumıniya 20. Şotlandiya 21. Serbiya 22. Polşa 23. Albaniya 24. Gürcüstan