AÇ-2024: Qrup mərhələsinin ən yaxşı oyunçusu açıqlandı

AÇ-2024: Qrup mərhələsinin ən yaxşı oyunçusu açıqlandı

Nüfuzlu statistika portalı "WhoScored" Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin ən yaxşı oyunçusunun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu, İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruisdir.

Qrupdakı bütün oyunlarda meydana çıxan Ruis 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun etdiyi ötürmələrin 94 faizi dəqiq alınıb. Orta xətt oyunçusunun çıxışı 10 üzərindən 8,39 balla qiymətləndirilib.

AÇ-2024: Qrup mərhələsinin ən yaxşı oyunçusu açıqlandı

Qeyd edək ki, Ruis 2019-cu ildən İspaniya seçməsinə dəvət alır. İndiyədək yığmanın forması ilə 25 matça çıxan Fabian 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat   

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər