AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

UEFA Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimlərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İspaniya və Almaniya arasında baş tutacaq matç ingiltərəli referi Entoni Teylora tapşırılıb. 

Portuqaliya və Fransa arasında reallaşacaq qarşılaşmada da ingilis hakim fit çalacaq. Bu dueli Maykl Oliver idarə edəcək.

Qeyd edək ki, hər iki oyun iyulun 5-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər