35 yaşlı qapıçı Avroliqada həftənin ən yaxşısı oldu

35 yaşlı qapıçı Avroliqada həftənin ən yaxşısı oldu

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, bu ada “Sportinq”in (Portuqaliya) qapıçısı Antonio Adan layiq görülüb.

Portuqaliyadan olan 35 yaşlı qolkiper London “Arsenal”ına (Almaniya) qarşı keçirdikləri oyunda (1:1, penaltilər 5:3) 7 seyvlə diqqət mərkəzinə düşüb.

Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Kazemiro (“Mançester Yunayted”, İngiltərə) və Lazare Amani (“Yunion”, Belçika) də namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər