"Anderlext"lə oyunda ağır zədə alan və 9 ay futboldan uzaq qalacağı deyilən Zlatan İbrahimoviç sosial mediadan açıqlama yayıb. Fanat.Az xəbər verir ki, 35 yaşlı ulduz ruhdan düşmədiyini nümayiş etdirib:
"Öncəliklə, dəstəyinizə və sevginizə görə təşəkkür edirəm. Zədə səbəbindən bir müddət futboldan uzaq qalacam. Digər hər şey kimi bunu da geridə qoyacam və daha güclü şəkildə geri dönəcəm. İndiyədək tək ayaqla oynamışam, ona görə də bu mənim üçün problem deyil. Bir şeydən əminəm ki, nə zaman dayanacağıma və başqa şeylərə mən qərar verirəm. Ruhdan düşmək kimi bir seçim yoxdu, yaxında görüşərik".
Fanat.Az