3 oyuna 1 xal qazanan komandanın qapıçısı ən yaxşı seçildi

3 oyuna 1 xal qazanan komandanın qapıçısı ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı qapıçısı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu, "Çelsi"nin qapıçısı Robert Sançesdir. 

25 yaşlı Sançes ötən ay 3 çempionat oyununda "zadəganlar"ın qapısını qoruyub. Onun komandası "Nottingem Forest" və "Aston Villa"ya 0:1 hesabı ilə uduzubsa, Robert 5-ci turda keçirilən "Bornmut"la görüşdə qol buraxmayıb və nəticədə "Çelsi" 1 xal qazanıb.

İspan "çərçivə" qoruyucusu bu ilin yayından "Çelsi"dədir. O, London təmsilçisinə "Brayton"dan transfer olunub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər