23 yaşlı üçqat dünya çempionu intihar etdi - FOTO

23 yaşlı üçqat dünya çempionu intihar etdi - FOTO
ABŞ-ın velosiped idmanı üzrə 23 yaşlı üçqat dünya çempionu Kelli Ketlin özünə qəsd edib.
Bu barədə onun atası Mark Ketlin "VeloNews" nəşrinə müsahibəsində bildirib.
İdmançının cəsədi bir gün əvvəl onun Kaliforniyadakı evində aşkarlanıb. Onun atası qızının özünü öldürməsi səbəbi və hadisənin başvermə şəraiti barədə heç nə deməyib. "İtkinin ağrısı inanılmazdır", - deyə o bildirib.
Ketlinin ölümü haqqında həmçinin ABŞ-ın Velosiped İdmanı Federasiyasının sədri Bob Demartini də bəyanat yayıb. O, qeyd edib ki, Kelli həmişəlik ölkənin velosiped idmanı ailəsinin üzvü olaraq qalacaq.
Kelli Ketlin 2016, 2017 və 2018-ci illərin komanda yarışlarında dünya çempionatlarının qızıl medallarını qazanıb. ("Report")
Fanat.Az
 
23 yaşlı üçqat dünya çempionu intihar etdi - FOTO 23 yaşlı üçqat dünya çempionu intihar etdi - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər