2024-cü ildə ən çox fərqlənən futbolçuların siyahısına açıqlanıb.
Fanat.Az xəbər verir ki, İFFHS-in açıqladığı sıralama yanvar ayındakı bütün turnirlərdə vurulan qollar əsasında tərtib olunub.
Siyahıya ən azı 6 qol vuran futbolçular daxil edilib ki, bunu 16 oyunçu bacarıb.
İlk sırada PSJ-nin forvardı Kilian Mbappe qərarlaşıb. Fransalı hücumçu 7 dəfə fərqlənib. O, Liqa 1-də 2, ölkə kubokunda 5 qola imza atıb.
"Portu"nun braziliyalı futbolçusu Evanílson ikinci, "Folqor"un san-marinolu hücumçusu Samuel Pançotti üçüncüdür. Onlar 7 dəfə fərqlənsələr də, əlavə göstəricilərə görə sonrakı yerləri tuturlar.
Qeyd edək ki, siyahıdakı digər 13 futbolçu yanvarda 6 qola sevinib.