2023-cü ilin ən yaxşı məşqçisi adına namizədlər açıqlandı

2023-cü ilin ən yaxşı məşqçisi adına namizədlər açıqlandı

"Globe Soccer Awards" 2023-cü ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıda 15 mütəxəssisin adı var.

Bunlar Xosep Qvardiola, Mikel Arteta, Karlo Ançelotti, Roberto De Zerbi, Luis de la Fuente, Simone İnzagi, Lionel Skaloni, Stefano Pioli, Luçano Spalletti, Tomas Tuxel, Xavi, Conatan Giraldes, Marsel Koller, Alessandro Spunya və Sarina Viqman-Qlotsbaxdır.

Xatırladaq ki, mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. Tədbir adətən hər il dekabrın son günlərində Dubayda keçirilir. 2022-ci ildə bu nominasiya üzrə qalib adını "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər