"Milan"ın zədəli hücumçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının startını kənardan izləyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.
39 yaşlı futbolçunun 23 avqustda keçiriləcək "Sampdoriya" ilə I turun oyununda iştirakı gözlənilirdi. Ancaq həkimlər İbrahimoviçin zədəsini riskə atmamaq üçün onun meydana çıxmamasını məsləhət görməyiblər.
Xəbərədə İbranın sentyabrda hazır olacağı bildirilir.
Röya