İbrahimoviç geri dönür

İbrahimoviç geri dönür
"Milan"ın zədəli hücumçusu Zlatan İbrahimoviçin (Zlatan İbrahimovic) son durumu ilə bağlı məlumat var.
Fanat.Az "La Gazzetta dello Sport" qəzetinə istinadən xəbər verir ki, 39 yaşlı isveçlı futbolçu gələn həftənin əvvəlində komanda ilə məşqlərə başlayacaq.
 
Hazırda isə İbra idman zalında və hovuzda fərdi şəkildə məşqlərə davam edir.
Qeyd edək ki, İbrahimoviç İtaliya A Seriyasının 35-ci turunda "Yuventus"la oyunda zədələnərək meydanı tərk edib.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər