Şəhriyar Məmmədyarov mövqeyini qorudu

Şəhriyar Məmmədyarov mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların may ayı üçün reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Azərbaycanlı qrossmeyster 2781 xalla 5-ci pillədə qərarlaşıb.
Digər şahmatçılarımıza gəlincə, Teymur Rəcəbov 12-ci (2759), Arkadi Naydiç 58-ci (2682), Qədir Hüseynov (2664) isə 97-ci pilləni tutur.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2436) 40-cı, Xanım Balacayeva isə 92-ci (2373) pillədə qərarlaşıb.
Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya norveçli Maqnus Karlsen (2861) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2816) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər