"Xəzər Lənkəran" apellyasiya şikayəti verəcək

"Xəzər Lənkəran" apellyasiya şikayəti verəcək
"Xəzər Lənkəran" AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə müraciət edəcək. Klubdan Fanat.az-a verilən məlumata görə, "Qarabağ"la oyunda Ruslan Cəfərova göstərilən ikinci sarı vərəqəni ləğv etdirmək istəyirlər.
Futbolçu "Qarabağ"la oyunun 29-87-ci dəqiqələrində qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. 87-ci dəqiqədə göstərilən vərəqə penaltiyə səbəb olub və Cəfərov meydandan qovulub.
"Xəzər Lənkəran" tərəfi ikinci "sarı"nın, yəni qırmızı vərəqənin haqlı olmadığını düşünür. Klub bu gün bununla bağlı Apelyasiya və Ekspert Komitəsinə müraciət edəcək.
Xatırladaq ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da qırmızı vərəqənin haqlı olmadığını bildirmişdi: "Hakimə bildirdim ki, qırmızı vərəqəni verməyə bilərdi. Çünki futbolçumuz kənar gedirdi, üzü qapıya deyildi. Bu, sadəcə içimdən gəldi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər