Millimizin üzvü əməliyyat olundu

Millimizin üzvü əməliyyat olundu
Qadın voleyboçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova cərrahiyyə əməliiyatı olunub. Çempionlar Liqasındakı təmsilçimiz "Lokomotiv" klubunun şərəfini qoruyan voleybolçumuz yanvarın 30-da Türkiyədə Acıbadem xəstəxanasında sağ çiynindən əməliyyat olunub. 
Təcrübəli blokerimizlə əlaqə saxlayıb səhhəti barədə məlumat aldıq. Ayşənin açıqlamasını diqqətinizə çatdırırıq: "Hazırda özümü yaxşı hiss edirəm. Nə vaxt məşqlərə başlayacağımı hələ bilmirəm. Bu, həkimlərin rəyindən sonra bəlli olacaq".
 
Qeyd edək ki, voleybolçumuz çiynindəki zədə üzündən son bir neçə oyunda meydana çıxmayıb.(rekord.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər